Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyadan olan qrafinya Anna Beatriça Şlik ilə görüşmüşdür


AzərTAc xəbər verir ki, iyunun 10-da “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan almaniyalı qrafinya Anna Beatriça Şlik ilə görüşdü.

Qrafinya Anna Beatriça Şlik özünün çəkdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini Mehriban xanıma hədiyyə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.


AzərTAc
2008, 10 iyun