Heydər Əliyev Fondunun vəsaiti hesabına
Gədəbəy rayonunun Sarıhəsənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmiş yeni məktəb binasının açılışı olmuşdur.
Açılışda rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə çıxış edərək respublikamızda gedən quruculuq-abadlıq işlərindən geniş danışaraq ölkə rəhbərliyi tərəfindən təhsilə, səhiyyəyə göstərilən diqqət və qayğıdan söhbət açmışdır, Bununla yanaşı, rayon rəhbəri onu da vurğulamışdır ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il rayon üzrə əvvəlki ilə nisbətən 23 nəfər məzun alı məktəblərə artıq qəbul olmuşdur.
Tədbirdə çıxış edən Sarıhəsənli kənd orta məktəbin direktoru Hümbət Abbasov, məktəbin tikintisinə rəhbərlik edən Əsəd Fərzəliyev, rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov və digərləri yeni məktəb binasının tikilib istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini təbrik edərək bu məktəbin tikilməsində göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya və “bp” şirkətinə məktəbin tikilməsində əməyi olan hər bir nəfərə dərin təşəkkürlərini bildirdilər.
Eyvaz Həmid
Respublika.- 2005.- 1 oktyabr.- № 228.- S. 7.
