Bakıda bədii gimnastika üzrə 23-cü Avropa çempionatı başlamışdır
AzərTAc xəbər verir ki, iyunun 29-da Heydər Əliyev adına İdman–Konsert Kompleksində Azərbaycanın idman tarixində ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatının startı verilmişdir. Yarışda 33 ölkədən 200-dən çox gimnast fərdi proqram, 25 komanda isə qrup hərəkətləri üzrə mükafatlar uğrunda mübarizəyə qoşulmuşdur.
Üç gün davam edəcək qitə yarışmasında gimnastlar 6 dəst medalın müqəddəratını həll edəcəklər.
Vera Sessina, Olqa Kapranova (Rusiya), Anna Bessonova, Natalya Qodunko (Ukrayna), Simona Peyçeva (Bolqarıstan), Almudena Sid (İspaniya) və Avropa gimnastikasının digər ulduzları Bakı arenasında mübarizə aparırlar. Azərbaycan gimnastları Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva, eləcə də Ayelita Xələfova, Əzizə Səlimbəyova, Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova və Cəmilə Hüseynovadan ibarət yığmamız ən güclülərlə rəqabətə girəcəklər.
Yarışın ilk günü xalçaya B və C qruplarında mübarizə aparan idmançılar çıxmışlar. A qrupunda yarışan Azərbaycan gimnastları yarışlara iyunun 30-da qoşulacaqlar.
Yeni Azərbaycan.- 2007.- 29 iyun.- № 111.- S. 7.