Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban xanım Əliyevanın fəaliyyəti dünyada yüksək qiymətləndirilir

Bu mükafat Azərbaycan qadınına dünya səviyyəsində verilən qiymətdir


Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fransa prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Bu xoş xəbəri Azərbaycan xalqı böyük sevinc, hörmət və ehtiramla qarşılayıb. Bunu millət vəkillərimizin və ziyalılarımızın "Səs" qəzetinə verdikləri ürək sözlərindən də aydın görmək olar:

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov:

- Xalqımıza böyük bir şərəfdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeni zabit dərəcəsilə təltif edilib. Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi, bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr, təkcə ölkəmizdə deyil, ona beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazandırmışdır. Bu, Mehriban xanım Əliyevanın simasında bütün Azərbaycan xalqına göstərilən hörmət və diqqətdir. Bu xoş xəbərdən çox sevinir və fəxr edirik ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Fransa dövlətinin ali ordeninə layiq görülübdür. Bu şad xəbərdən böyük sevinc hissi keçirən bir millət vəkili olaraq, çox hörmətli həmkarım Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, Ona bundan da yüksək ordenlərə layiq görülməsini arzulayıram.

Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov:

- Bu mükafatın Azərbaycan xalqının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya verilməsi xalqımızın uğurudur. Bildiyiniz kimi, Heydər Əliyev Fondu yarandığı gündən ölkənin bütün ictimai işlərində, kimsəsiz və valideyn himayəsindən məhrum olan, diabet xəstəliyinə tutulan, ümumiyyətlə, ehtiyacı olan bütün uşaqlara, gənclərə böyük qayğı göstərir və bu fəaliyyəti, nəinki Azərbaycanda, bütün dünyada uğurla aparır. Dünya ictimaiyyəti bu işlərin şahididir və bu fəaliyyəti yüksək qiymətləndirirlər. Mən hesab edirəm ki, Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya təqdim edilməsi bir daha Heydər Əliyev Fondunun işlərinin nəticəsi olaraq, Azərbaycanın uğuru kimi qiymətləndirilməsi deməkdir. Qeyd edim ki, Heydər Əliyev Fondu təkcə Azərbaycan daxilində deyil, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, köməyə ehtiyacı olanlara yardım etmək kimi xeyirxah missiyasını həyata keçirir. Bu mükafatın millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim olunması iki ölkə arasında olan münasibətin təzahürüdür. Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyev cənablarının Fransa dövlətinə işgüzar səfəri də yüksək səviyyəli görüşlərin keçirilməsi iki dövlətlər arasında əlaqələrin möhkəmlənməsindən xəbər verir. Mən Azərbaycan Respublikası Gənclərin Milli Şurası adından Mehriban xanım Əliyevanı belə bir yüksək dövlət mükafatı alması münasibətilə ürəkdən təbrik edirəm. Həmçinin, Heydər Əliyev Fondunun əməkdaşlarının sevincinə qoşuluram.

Musa Qasımlı, tarixçi, professor:

- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Fransa dövlətinin yüksək mükafatına - "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə layiq görülməsi müasir tariximizin Azərbaycan-Fransa münasibətlərinin mühüm hadisələrindəndir. Bu faktın özü, eyni zamanda, Azərbaycan tarixində qadın diplomatın oynadığı müstəsna rolun göstəricilərindən və nəticələrindən biridir. Hesab edirəm ki, belə bir mükafat Azərbaycan-Fransa münasibətlərinin daha da inkişafına gömək edəcək. Qeyd edim ki, dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən "Şərəf Legionu" ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilibdir. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülmüşlər.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransanın ali ordeninə layiq görülməsi Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrin təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazandığını bir daha sübut edir.


Rəfiqə Kamalqızı

Səs.- 2010.- 17 fevral.- № 29.- S. 5.