Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni nailiyyətləri


ŞƏKİ

Şəki şəhərindəki R.Əfəndiyev adına 10 nömrəli orta məktəbin tədris korpusu 1937-ci ildə tikilib.

Sonrakı illərdə məktəbin həyətində əlavə yardımçı tikililər də inşa olunmuşdu. Lakin onlar son vaxtlar demək olar ki, yararsız vəziyyətə düşmüşdü.

2006-cı ilin yayında həmin birmərtəbəli binalar söküldü, onların yerində yeni tədris binası ucaldıldı. Bu yeni tədris binası "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilmişdir.

Bina üçmərtəbəlidir, 12 otaqdan ibarətdir, 220 şagirdlikdir. Yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur, Belə ki, buraya 110 təzə parta, 220 şagird stullu, 11 yazı taxtası, 11 şkaf, 11 paltarasan və 11 müəllim stulu alınmışdır.

Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli orta məktəbdə hazırda 950 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 170 nəfərdən çox müəllim və tərbiyəçi məşğul olur.

* * *

Şəkinin İncə-Zunud kəndindəki 240 yerlik məktəb binasının inşasına (Heydər Əliyev Fondunun dəstəyi ilə) 2005-ci ilin iyun ayında başlanmış və 2006-cı ilin aprelində tikinti işləri başa çatdırılmışdır.

Məktəb binası 16 otaqdan ibarətdir.

Yeni məktəb binası istifadəyə verilərkən bura 130 parta, 260 şagird stulu, 52 stul, 29 paltarasan, 6 kompüter üçün və 13 yazı stolu, 16 soba, 27 müxtəlif stollar, 27 şkaf gətirilmişdir.

* * *

2005-ci dərs ilində Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki rayonundakı Oraban kəndində 200 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.

Bina yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, məktəbə 100 ədəd şagird masası, 11 ədəd yazı lövhəsi, 20 ədəd müəllim masası, 31 ədəd müəllim stulu, 17 ədəd şkaf verilmişdir.

Oraban kənd orta məktəbində hazırda 257 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 37 müəllim və tərbiyəçi məşğul olur.

QAX

Turaclı kənd orta məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ilin dekabr ayında tikilib, 240 yerlikdir. Müasir üslubda tikilmiş həmin məktəb parta, stol, stul, şkaf, yazı taxtası, mebel və digər avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin cari dərs ilində informasiya və kommunikasiya qurğuları ilə təmin olunması da nəzərdə tutulmuşdur.

* * *

Qax şəhərindəki 1 nömrəli məktəbin bir əsrə bərabər tarixi vardır. Məktəbin yeni tədris binası 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş, cari dərs ilinin sentyabrında istifadəyə verilmişdir. 260 şagird yeri olan bu məktəb lazımi avadanlıqlarla da təchiz olunmuş-dur. Burada müasir tələblərə cavab verən fənn kabinetləri də fəaliyyət göstərir. Məktəbdə 8 yeni kompüteri olan informatika otağı da təşkil edilmişdir.


Azərbaycan müəllimi.- 2007.- 18 may.- № 18.- S. 1.