Azərbaycanın birinci xanımına xüsusi elçi adı verilib
Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans başa çatıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman Altvaicri konfransı yüksək qiymətləndirib.
Baş direktor Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransın qadınların mədəniyyətlərarası dialoqda rolunun genişləndirilməsinə təkan verəcəyini bildirib. İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu isə Mehriban Əliyevaya İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi adının verildiyini bildirib. O, diplomu Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı konfrans iştirakçılarına təşəkkürünü bildirib, tədbirdə mühüm məsələlərə toxunulduğunu qeyd edib. O, konfransı mədəniyyətlərarası dialoqun, birgə yaşayışın kiçik nümunəsi adlandırıb. Bununla konfrans işini yekunlaşdırıb.
Avciya.az
2008, 12 iyun