Heydər Əliyev Fondunun vəsaiti ilə
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Astara rayonunun ucqar dağ kəndi Ovalada 120 şagird yeri olan məktəb binası tikilib istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edənlər fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təhsilimizin inkişafına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Rayonda bu il 3 məktəb tikilib istifadəyə verilmiş, ikisinin inşası isə başa çatmaq üzrədir.
Xalq qəzeti.- 2005.- 20 oktyabr.- № 243.- S. 5.