ABŞ-da Heydər Əliyev Fondunun fəaliyyəti alqışlanıb
General Brend Skoukroft Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsil, mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləyib və görülən işləri yüksək qiymətləndirib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva dekabrın 4-də Amerika Birləşmiş Ştat-larına işgüzar səfər edib. Mehri-ban xanımın səfəri barədə AzərTAc xəbər yayıb. Agentlik daha sonra respublikanın birinci xanımı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Heydər Əliyev Fondunun prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ABŞ-a dekabrın 4-də başlamış səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini də ictimaiyyətin diqqətinə çatdırıb. Konqres-də Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqresmenlər, demokrat Soloman Ortis, respublikaçı Şuster və qrupun üzvləri Ed Uilfild, Bisente Foks ilə görüşündə xanım Mehriban Əliyeva Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayıb. Mehriban xanımın keçirdiyi bu görüş zamanı bir neçə aktual məsələ, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa dəstək aktına "907-ci düzəliş"in aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi, ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılıb. Həmçinin bu zaman hər iki tərəfdən parlamentlərarası əlaqə və mübadilələrin ölkələrimiz arasında münasibətlərin daha da gücləndiril-məsi üçün əhəmiyyətini vurğulayan və bu sahədə müəyyən proqramın tərtib edilməsinin zəruriliyini təsdiq edən fikirlər qeyd edilib.
Mehriban xanım bundan başqa ABŞ Konqresini Avropa və Yeni Təhlükələr üzrə Alt Komitəsinin sədri vəzifəsinin icrasına yaxın günlərdə başlayacaq konqresmen Robert Ueksler ilə görüşüb. Ölkələrimiz arasında münasibətlərin bütün sahələr-də uğurla inkişaf etdiyini vurğulayan Mehriban Əliyeva ABŞ-ın dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra ABŞ-ın Azərbaycana güclü dəstək verdiyini qeyd edib. Mehriban xanım həmçinin Robert Ueksleri ölkəmizdə həya-ta keçirilən islahatlar, əldə edilmiş nailiyyətlər ilə tanış olmaq üçün Azərbaycana səfərə dəvət edib.
Konqresmen R.Ueksler də öz növbəsində Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq yeni seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diqqətini daha da artıracağı ümidvar olduğunu bildirib.
Görüşdə regionda vəziyyət, Azadlığa dəstək aktına "907-ci düzəliş"in ləğvi istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın birinci xanımına Konqresdə keçirilmiş görüşlər zamanı Milli Məclisin bir qrup üzvü müşayiət edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın görüşləri təkcə bununla kifayətlənməyib. Ölkəmiz üçün həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyətli olan və yuxarıda sadalanan görüşlərdən əlavə Mehriban xanım həmçinin Corc Buş Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, general Brend Skoukroftla görüşüb. Çox işgüzar şəraitdə keçirilən görüş çərçivəsində söhbət zamanı Heydər Əliyev Fondu və Corc Buş Prezident Kitabxanası Fondu arasın-da əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. General Brend Skoukroft Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləyib və görülən işləri yüksək qiymətləndirib. Azərbaycanın birinci xanımının çoxcəhətli və zəngin xarakterli səfəri çərçivəsində o həm də Vaşinqtonun nüfuzlu təhlil və tədqiqat mərkəzlərinin, universitetlərinin nümayəndələri ilə də görüşlər keçirib. Görüşdə ABŞ-ın tanınmış alim və ictimai xadimləri, o cümlədən Syüzan Eyzenhauer, Frederik Star, Svanta Kornel, Ancela Stend, Ceymsı Beker, Rob Sophani, Roalt Saqdeyev, Ariel Koen iştirak edib. ABŞ-Azərbaycan münasibətlərinin inkişafını yaxından izləyən alimlər Azərbaycanın hazırkı mərhələsinə dair öz mülahizələrini söyləyib və bu münasibətlərin dinamikasına yeni ahəng vermək üçün fikirlərini bildiriblər.
Bütün bunlardan əlavə səfər zamanı Mehriban Əliyeva həmçinin "Uvolter Rid" adına hərbi tibb mərkəzində və Vaşinqtondakı toxuculuq muzeyində də olub. Xüsusilə toxuculuq muzeyindəki çox maraqlı görüşü zamanı orada ona Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr barəsində Azərbaycanın birinci xanımına çox ətraflı məlumatlar verilib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Vaşinqtondakı ABŞ-Azərbaycan ticarət palatası nəzdində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerika-da yaşayıb fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə də bir sıra görüşlər keçirib. Həmin görüşlərdə Mehriban xanım geniş nitq söyləyərək Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışaraq onu da vurğulayıb ki, zəngin mədəni irsimizin Amerikada tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır. Bu layihələrin sərgilər, konsertlər, Amerikada Azərbaycan günləri kimi keçirilməsini mümkün hesab edən Azərbaycanın birinci xanımı bu işdə ABŞ-da yaşayan azərbaycanlı incəsənət xadimlərinin dəstəyinin vacib olduğunu xüsusi qeyd edib.
Bütün bu yuxarıda sadalananlardan görünür ki, millət vəkili Mehri-ban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyət dairəsi çox geniş və əhatəlidir. Ölkənin birinci xanımının xalqın rifah halının yüksəldilməsinə yönələn fəaliyyəti yalnız respublika daxilində deyil, ölkədən xaricdə də çox müvəffəqiyyətlə davam etdirilir.
Mehriban xanımın son zamanlar xalqımız üçün gördüyü işlər ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir və təqdirə-layiq hal hesab edilir. Hər şeydən öncə bir millət vəkili kimi ölkəmizin və xalqımızın xarici ölkələrdə tanınması üçün apardığı yorulmaz fəaliyyət hər kəsin gözü qarşısındadır.
Yeniləşən Azərbaycana yeni məktəb layihəsi çərçivəsində isə apardığı işlər, yəni ölkənin ən uc-qar dağ kəndlərində belə, müasir dünya standartlarına uyğunlaşdırılmış məktəb binalarının tikilməsi, bərbad vəziyyətdə olan binaların əsaslı təmir edilib şagirdlərin istifadəsinə verilməsi danılmaz faktdır. ABŞ-a son səfəri isə bir da-ha onu nümayiş etdirdi ki, ölkənin birinci xanımının bütün fəaliyyət prinsipləri həm ölkə daxilində, həm də xaricdə yalnız mütərəqqi işlərin həyata keçirilməsi istiqamətində yönəlib.
Ancaq təəssüflər olsun ki, ölkə daxilindəki bir sıra mətbuat nümayəndələri, o cümlədən müxalifət mətbuatının bir sıra yazarları həmişə olduğu kimi, bu məsələ ətrafında da öz qərəzli mövqelərindən çıxış ediblər. Məsələn, "Azadlıq" qəzetinin 7 dekabr sayındakı "Vital Voices" "PA Konsultinq"in yolunu gedir?" adlı məqalədə də Mehriban Əliyevanın ABŞ səfəri təhrif edilir, səfərə başqa don geyindirilir. Görülən təqdirəlayiq işləri gözdən salmaq və ictimaiyyəti çaşdırmaq üçün həmin səfərdən çox məharətlə istifadə edirlər. Səfərin məqsəd və məramlarını özlərinə məxsus tərzdə saxtalaşdırmağa yönələn fikirlərə materialda "səxavətlə" yer verilib. Yazıda o da qeyd olunub ki, səfərin məqsədi heç də məlum deyil və orada Mehriban Əliyeva xalqı maraqlandıran əsas məsələlərdən yox, hakimiyyətin maraqlarından çıxış edir. Daha sonra o da qeyd olunur ki, Mehriban Əliyevanı Amerika-ya dəvət edən Vital Voices qlobal şəbəkəsi dünyada demokratların təşkilatı olaraq tanınmaqdadır. Həmin təşkilat öz çağdaş ideyalarını yay-maq üçün dünyanın müxtəlif yerlərin-dən olan qadınlarla işləyir. Bu məqsədlə qurum təmsil etdiyi ölkənin siyasi, iqtisadi həyatında, insan haqları sahəsində pioner olan şəxsləri seçir. Təşkilat məqsəd və məramının demokratikliyi ilə tanınmaqdadır. Qəzet daha sonra bütün bu demokratik dəyərlərə malik olan və öz sıra-larında mütərəqqi demokratik ruhlu insanları, əsasən də qadınları birləş-dirən bir təşkilatın məramının Mehri-ban xanımla üst-üstə düşəcəyinə son dərəcə inamsızlıq nümayiş etdirib. Ancaq qəzetin belə bir materialı yaymaqda məqsədi hər kəsə məlum-dur. Bu müxalifətin həmişəki iddialarının növbəti dəfə yenidən reallaşdırılmasına yönələn addımlarından biridir.
Şəlalə Əmirli
Azad Azərbaycan.- 2006.- 8 dekabr.- № 182.- S. 3.