Mehriban Əliyeva - seçici hüquqlarının ən fəal müdafiəçisi
Parlament Jurnalistləri Birliyi Milli Məclisdə akreditə olunmuş 50 jurnalist arasında sorğu keçirib
Azərbaycanın Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğunun nəticələri açıqlanıb. Birliyin sədri Elşad Eyvazlının sözlərinə görə, sorğu Azərbaycan parlamentində akreditə olunmuş 50 jurnalist arasında keçirilib. Sorğuya əsasən Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Bakının Əzizbəyov rayonundan deputat seçilmiş Mehriban Əliyeva 2007-ci ildə seçici hüquqlarını ən fəal müdafiə etmiş millət vəkili seçilib.
Sorğu nəticəsində seçici hüquqlarını fəal şəkildə müdafiə edən digər deputat isə Cəmil Həsənli, Qənirə Paşayeva, Novruzəli Aslanov, Elmira Axundova, Arzu Səmədbəyli, İltizam Əkbərli, Cavid Qurbanov, Sabir Rüstəmxanlı və İkram İsrafildir. Bahar Muradova, Eldar İbrahimov, Rafael Hüseynov, Səməd Seyidov və Gültəkin Hacıyeva isə 2007-ci ildə Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda fəal müdafiə edən deputat kimi seçiliblər. Eyni zamanda, ilin 10 fəal deputatı müəyyənləşib. Onlar Hadı Rəcəbli, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Pənah Hüseyn və digərləridir. Sorğu nəticəsində ilin 5 passiv deputatı da seçilib. Həmin deputatlar Madər Musayev, Maqsud İbrahimbəyov, Məcid Kərimov, Mixail Zabelin və Sabir Hacıyevdir.
Azad Azərbaycan.- 2008.- 16 yanvar.- № 6.- S. 2.