XXI əsrin ən görkəmli qadın siyasətçisi
Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən məqalələrin xarici mətbuat səhifələrində yer alması onun siyasətçi kimi təqdim olunmasından xəbər verir
Bəşər tarixinə nəzər yetirdikdə ayrı-ayrı tarixi şəraitlərdə, dövrlərdə öz xalqının siyasi liderinə çevrilən humanizm, insanpərvərlik, vətənpərvərlik, bəşəri dəyərləri, ideyalar, diplomatik-fəlsəfi düşüncə tərzini, uzaqgörənliyi ilə milli-mənəvi dəyərləri, qədim dövlətçilik tariximizə, mədəniyyətimizə, incəsənətimizə inteqrasiyanı təmin etməyə səy göstərən şəxslər çox az olub. Bu mənada çoxəsrlik dövlətçilik tariximizi dərindən bilən ürəyi-qəlbi Azərbaycanın dünəni bugünü gələcəyi ilə çırpınan humanizm, vətənpərvərlik, dünyəvilik ideyalarını, baxışlarını dərindən mənimsəmiş və özünün fəaliyyətinin əsas istiqamətlərinə çevirmiş, Heydər Əliyev siyasi irsini günü-gündən dünyəviləşdirmiş Mehriban xanım Əliyevanın sözün əsl mənasında bənzəri yoxdur. Ona görə də Mehriban xanım Əliyeva nəinki Azərbaycan tarixinə, bütövlükdə dünya xalqlarının tarixinə humanizmin, insanpərvərliyin, xoş məramlılığın, xalqlar, millətlər, arasında dostluğu, mehriban qonşuluq carçısı kimi və ən nəhayət uzaq görən qadın siyasətçi olaraq daxil olub. Bu gün XXI əsrin ən görkəmli qadın siyasətçisi, ictimai xadim, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xalqının və dövlətimiz qarşısında xidmətləri əvəzsizdir, tükənməzdir.
Heydər Əliyev Fondunun prezidenti olaraq əbədiyaşar müdrik rəhbərimizin siyasi irsinin, fəaliyyətinin, bəşər tarixində əvəzsiz xidmətlərinin, geniş və əhatəli surətdə daha da təbliğ olunmasında, eyni zamanda bu siyasi irsin, kursun, dünyəvi fəaliyyət proqramının böyük etimad, nüfuz qazanmasında sözün əsl mənasında xalqının, millətinin ən sevimli qəhrəmanına çevrilib. Əlbəttə bu qədər dünyəvi iş aparmaq, hər bir qarış torpağa, hər bir vətəndaşa, uşağa, ahıla, kimsəsizə arxa, dayaq olmaq, ədəbiyyatımızı, incəsənətimizi, milli-mənəvi dəyərlərimizi, idmanımızı inkişaf etdirmək, bir sözlə Heydər Əliyev siyasətinə ürəkdən xidmət etmək imkansız hesab olunan məqamlardır. Lakin bütün bunları Mehriban xanım bacarıqla reallaşdırır.
Mehriban xanım sözün əsl mənasında Milli Qəhrəmanıdır, xalqının, millətinin, ictimai-siyasi, mənəvi-vətənpərvər əsgəridir. Bu gün belə bir tarixi şəxsiyyət, dünyəvi qadın siyasi xadim haqqında xarici KİV geniş məqalələr dərc edir. Onun dünyəvi siyasi qadın obrazını daha geniş və əhatəli şəkildə dünya xalqlarına, dövlətlərinə təqdim edir.
Məsələn elə Pakistanının "Pakistan observer" qəzeti 13 avqust tarixli sayında Mehriban Əliyeva haqqında geniş məqalə dərc edib. Məqalədə bir daha Mehriban xanımın humanist addımlarından, ictimai-siyasi, beynəlmiləl fəaliyyətindən yazılır. Eyni zamanda 2005-ci ildə zəlzələ nəticəsində Pakistanın Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban xanımın təşəbbüsü ilə yeni qızlar məktəbinin tikilməsindən, Pakistan-Azərbaycan dostluq münasibətinin möhkəmləndirilməsindəki xidmətlərindən yazılıb, onun dünya mədəniyyətinin inkişafındakı rolundan və sair sahələrdəki fəaliyyətindən geniş bəhs edilib.
Mehriban Əliyevanın fəaliyyətinə dünya xalqlarının, dövlətlərinin verdiyi qiymət bizim hər birimizdə Azərbaycanın işıqlı, nurlu gələcəyinə inamı daha da artırır. Bütün bu keyfiyyətlər əsas verir ki, Mehriban xanım Əliyeva bütün bu xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsün və bu adın daşıyıcısı olaraq, millət vəkili, ölkəmizin birinci xanımı titullarının, adlarının qarşısında Azərbaycanın Milli Qəhrəmanı - Mehriban xanım Əliyeva da yazılsın.
Dəmir Qurbanlı
Azad Azərbaycan.- 2011.- 23 avqust.- № 120.- S. 3.