Heydər Əliyev Fondunda uşaq rəsmləri sərgisi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 3-7-də Səttar Bəhlulzadə adına Sərgi salonunda uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqların “Mən Azərbaycanı sevirəm” mövzusunda rəsm sərgisi keçiriləcəkdir.
Fonddan bildirmişlər ki, sərginin keçirilməsindən məqsəd kimsəsiz uşaqların istedadını aşkara çıxarmaq və daha da inkişaf etdirmək, onların hər zaman diqqət mərkəzində olduğunu vurğulamaq və ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının və irsinin təbliğini dəstəkləməkdir. 560 rəsm işinin nümayiş etdiriləcəyi sərginin açılışında xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları da iştirak edəcəklər.
Xalq qəzeti.- 2004.- 3 sentyabr.- № 204.- S. 7.