Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Lənkəranın Liman şəhərində yeni məktəb binası tikdirir


Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının 2-ci mərhələsi çərçivəsində Lənkəranın Liman səhərində 1200 şagird yeri olan orta məktəb binası tikilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində Heydər Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva obyektə gələrək tikinti işlərinin gedişi ilə maraqlanmışdır. İnşaatçılar, pedaqoji kollektivin üzvləri və valideynlər Mehri-ban xanım Əliyevanı hörmətlə qarşılamışlar. Fondun prezidentinə məlumat verilmişdir ki, məktəb binasının tikintisi sentyabrın 15-dək başa çatdırılacaq, yeni təhsil ocağı yüksək standartlara cavab verən tədris ləvazimatı və texniki avadanlıqla təmin ediləcəkdir.


Xalq qəzeti.- 2006.- 12 avqust.- № 180.- S. 7.