Heydər Əliyev Fondunun Gürcüstandakı soydaşlarımıza diqqəti
Ana dilində təhsilin xilası naminə
Azərbaycanın indiki sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri barədə kifayət qədər geniş danışılıb. Onların həlli isti-qamətində də müzakirələr ara vermir. Bu, müsbət haldır. Ancaq real olaraq problemlərin həlli ilə məşğul olanlar azdır. Xaricdə Yaşa-yan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (XYA-İDK) istisnalıq təşkil edir.
Komitə dünyanın hər yerində soydaşlarımızla işi müasir tələblər səviyyəsində qurub. Heydər Əliyev Fondu Azərbaycanın aktual məsələləri ilə bağlı gördüyü işlərlə çoxdan diqqəti çəkir. Bu Fond dünyada xalqlar arasında dostluq və əməkdaşlığın inkişafı istiqamətin-də konkret addımlar atır.
Heydər Əliyev Fondunun gördüyü işlər yüksək səviyyəsi ilə seçilir. Son məlumatlarda Fondun Gürcüstanda yaşayan soydaşlarımızla bağlı xüsusi proqrama malik olduğu bildirilir. Daha doğrusu, Heydər Əliyev Fondu Gürcüstandakı Azərbaycan məktəblərinə yardım etməyə hazırlaşır. Buraya maddi-texniki bazanın möhkəmləndirilməsi, dərsliklərlə təminat və başqa məsələlər daxildir. Heydər Əliyev Fondunun bu addımı hər şeydən öncə bir nümunədir. Vətənpərvərlik və millətsevərlik nümunəsi. Azərbaycanda müxtəlif adlarda çoxlu sayda fondlar, yardım təşkilatları, xeyriyyəçi qurumlar var. Ancaq onların heç biri indiyə qədər lazımi səviyyədə və ardıcıllıqda ölkəmizdən kənarda yaşayan soydaşlarımıza kömək etməyiblər. Epizodik olaraq həyata keçirilən bəzi işlər isə daha çox reklam xarakterli olub. Ancaq həmin qurumlar patriotluqdan, millətsevərlikdən yeri gəldi-gəlmədi ağızdolusu danışırlar. Heydər Əliyev Fondu ilk növbədə məhz həmin yalançı patriotlar üçün necə işləmək nümunəsi göstərir. Yəni reklamsız, işgüzarcasına və sivil qaydada xaricdə yaşayan soydaşlarımıza yardım göstərmək gərəkdir. Bununla iki həqiqəti millətə çatdırmaq mümkün olur. Birincisi, Azərbaycan dövlət və cəmiyyət olaraq qüdrətlənir. Onun imkanları genişlənir və hər bir azərbaycanlının hüququ dövlətin diqqət mərkəzinə gəlir. İkincisi, dünya üzrə azərbaycanlıların birləşməsinin real təməli qurulur. O mənada birləşmə ki, ümummilli məsələlərdə ortaq mövqe formalaşması prosesi genişlənir. Xaricdə yaşayan azərbaycanlı Azərbaycan-dan diqqəti daha əsaslı hiss etsə, qürur və ləyaqət duyğusu güclənəcək. Belə insanın Vətən və millət anlayışına xüsusi rəğbəti olur. Baş-qa yöndən Azərbaycanla dünya dövlətləri arasında mədəni əlaqələr daha da dərinləşir. Heydər Əliyev Fondu bu istiqamətdə xüsusi fəallıq göstərir. O cümlədən, Gürcüstandakı Azərbaycan -məktəblərini müasir səviyyəyə qaldırmaqla Fond Gürcüstan dövlətçiliyini bir yükdən xilas edir, iki ölkənin həqiqi mənada strateji müttəfiq olması üçün ciddi töhfə verir. Ona görə ki, bu strateji müttəfiqliyə kölgə sal-maq üçün bəziləri məhz sosial problemlərdən, daxili milli münasibətlərdəki çatışmazlıqlardan istifadə etməyə çalışırlar. Bu məsələlər hazırda Gürcüstan üçün çox aktual olub və bir çox hallarda onu cəmiyyət olaraq silkələyir. Heydər Əliyev Fondunun Gürcüstandakı soydaş-larımıza əl uzatması eyni zamanda Azərbaycanın daha yüksək səviyyədə orada yaşayan soydaşlarımız haqqında düşündüyünün təsdiqidir. Bu Fondun YUNESKO kimi bir təşkilatda xüsusi hörməti var. Onun imici beynəlxalq səviyyədə ayrıca statusa malikdir. Ona görə də Heydər Əliyev Fondunun hansı istiqamətdə iş apardığı diqqətlə izlənir. Gürcüstandakı soydaşlarımızın təhsil məsələsi bu baxımdan daha çox diqqət mərkəzində olacaq. Özü də bu, Azərbaycan-gürcüstan dostluğunun daha da möhkəmlənməsinə xidmət etmək müstəvisində baş verəcək. Ona görə də Fondun atdığı addım bölgədə inteqrasiyaya birbaşa töhfədir.
Heydər Əliyev Fondunun Gürcüstandakı Azərbaycan məktəblərinə yardımı orada soydaşlarımızın yüksək səviyyədə təhsil alma-sının təminatından biridir. Bununla oradakı təhsilimizi xilas etmək olar. O mənada ki, Gürcüstanda nəzərdə tutulan islahatlar fonunda ana dilində təhsili saxlamaq üçün güclü maddi-texniki və kadr potensialına ehtiyac var. Gürcüstan dövlət olaraq o məktəbləri tam təmin etməyə də bilər. Odur ki, məcazi mənada xilaskarlığı Azərbaycan etməlidir. Bu işə Heydər Əliyev Fondu kimi qurumun əl qoyması sevindiricidir. Bunu həyat da sübut edəcək.
Şahin
Olaylar.- 2006.- 11 may.- № 84.- S. 5.