Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun vəsaiti hesabına 7 rayonda 20 məktəb tikilir


Dövlət Tikinti və Arxitektura Komitəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, "Azərdövlətsənayelayihə" İnstitutunun layihələri əsasında respublikanın 7 rayonunda 20 məktəb binası tikilir. 100, 200 və 240 yerlik yeni təhsil ocaqları fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilir.

Hazırda Şəmkir rayonunun Füzuli qəsəbəsində, Plankənd və Tatarlı, Kələk, Goranboy rayonunun Kələk. Qaramusalı, Tap, Tovuz rayonunun Cəlilli, Əsrik, Cırdaxan, Alakol, Qazax rayonunun Hüseynbəyli, Aşağı Salahlı, Xanlar rayonunun Kərəmli, Hacıməlik, Nadil, Tərtər rayonunun Sarıcalı, Düyərli, Samux rayonunun Əliuşağı, Qarayeri və Füzuli kəndlərində məktəb binalarının inşası sürətlə davam etdirilir.

Tikintiyə komitənin mütəxəssisləri tərəfindən nəzarət olunur. Məktəb binaları yeni dərs ilində istifadəyə veriləcəkdir.


Xalq qəzeti.- 2005.- 21 iyul.- № 166.- S. 5.