Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan parlamenti ilə tanış olmuşdur
AzərTAc xəbər verir ki, fevralın 19-da, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Macarıstan parlamentində olmuşdur.
Mehriban Əliyeva Macarıstanın Baş naziri Ferents Dyurçanın xanımı Klara Dobrevin müşayiəti ilə binanı gəzdi.
Azərbaycan Prezidentinin xanımına Parlamentin fəaliyyəti və iş prinsipləri barədə də məlumat verildi. Bildirildi ki, deputatların fəaliyyəti üçün burada hər cür şərait yaradılmışdır. Macarıstan kralı İştvanın tacı da burada saxlanılır. İkinci dünya müharibəsi illərində tac itsə də, sonradan tapılaraq Macarıstana qaytarılmışdır.
Mehriban xanım Əliyeva burada deputatların səsvermə prosesi ilə tanış oldu.
Sonra Macarıstanın Baş naziri Ferents Dyurçanın xanımı Klara Dobrevin adından Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərəfinə nahar verildi.
AzərTAc
2008, 19 fevral