Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın şərəfinə nahar verilmişdir
Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın şərəfinə nahar verilmişdir.
Əvvəlcə birinci xanım Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzindəki ekspozisiya ilə tanış olmuşlar.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın şərəfinə nahar verilmişdir.
Xalq qəzeti.- 2012.- 10 mart.- № 56.- S. 2.