Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda yeni məktəb binası tikilir


Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində Qax şəhərinin qocaman təhsil müəssisələrindən olan 1 nömrəli orta məktəb üçün 240 şagird yeri olan yeni tədris korpusunun tikintisinə başlanmışdır. 300 nəfərə yaxın şagirdin təhsil aldığı məktəbin mövcud binası hazırda yararsız vəziyyətdədir.

Rayon təhsil şöbəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilən yeni korpus 18 otaqdan ibarət olacaqdır. Müasir avadanlıq və istilik sistemi ilə təchiz ediləcək məktəb binası yeni dərs ilinədək istifadəyə veriləcəkdir.

Proqram çərçivəsində rayonun Almalı kəndində də 240 yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.


Azərbaycan.- 2006.- 22 iyun.- № 136.- S. 8.