Çap etmək   ⁞     ⁞   Fond haqqında

Xalqımızın güvənc və fəxarət məkanı


Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun yaradılmasının 5 ili tamam oldu! 5 il! Bu özlüyündə zaman üçün о qədər də böyük məsafə deyil. Vaxt ölçüsü baxımından bu, dəryada damla, tarix üçün qayğılar içərisində əriyən bir gözqırpımıdır. Amma...

Amma arxada qalan illəri bir anlığa xəyalına gətirəndə həyəcan və heyrətini gizlədə bilmirsən. Qəlbin fərəhlə döyünür. Bu 5 ildə xalqımızın həyatında nə qədər fərəhli hadisələr baş vermiş, möhtəşəm işlər görülmüşdür.

Bu məqaləni oxuyarkən siz onları təkrar-təkrar xatırlayacaq, bu hadisələrin şahidi və iştirakçısı olduğunuz üçün özünüzü xoşbəxt sanacaq, bu səadəti sizə bəxş edən Mehriban xanım Əliyevaya - Heydər Əliyev Fondunun prezidentinə, onun əzəmətli quruculuq işlərinə, xeyriyyəçilik əməllərinə minnətdar olacaq, əhsən söyləyəcəksiniz...

Heydər Əliyev Fondu, adından da göründüyü kimi xalqımızın ümummilli liderin xatirəsinə ehtiramından, ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən və milli dövlətçilik ideyalarmı yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılmış, Mehriban xanım Əliyevanın təşəbbüsü, təşkilatçılığı və konseptual proqramı sayəsində 2004-cü il may ayının 10-dan fəaliyyətə başlamışdır.

Ötən 5 ildə Heydər Əliyev Fondu öz fəaliyyəti ilə ictimai həyatımızda necə böyük rol oynadığını, planlaşdırılan məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanda analoqu olmayan quram olduğunu ortaya qoymuşdur. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fon¬dunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi mədəni-ictimai tədbirlər dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Bu müddətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr sanballı və geniş əhatəlidir. Fond xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafına, mədəniyyətimizin və mədəni irsimizin dünyada təbliğinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin dünyadakı imicinin formalaşmasına, amnistiya təşəbbüsləri ilə çıxış etməsinə qədər müxtəlif sferalarda fəallıq nümayiş etdirməklə Heydər Əliyevin ideyalarına ləyaqətlə xidmət etdiyini təsdiqləyir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan məramlarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Fond 5 illik fəaliyyətilə insanların ümid yerinə çevrilmişdir.

Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəlidir. Buraya Heydər Əliyevin ölkəmizin tərəqqisi, dünya birliyinə inteqrasiyası və xalqımızın rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və ideyalarının həyata keçirilməsinə dəstək verməkdən, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etməkdən başlamış, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara kömək etmək, insanların yaradıcı potensialını, bilik və bacarıqlarmı aşkara çıxarmaq, mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə töhfələr vermək, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatlarını inkişaf etdirmək, ekologiya sahəsində tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək kimi genişmiqyaslı fəaliyyət daxildir.

Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər bir insanda fərəh və qürur hissləri doğuran fəaliyyətinin əsasında təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə və ümumən Fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehri¬ban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq!

Bu nəcib əməllərinə görə Mehriban xanım Əliyeva ötən 5 ildə beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2004-cü ilin avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz fəaliyyətinə görə YUNESKO-nın xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyeva 2005-ci il iyun ayında icti¬mai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilmişdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə isə Mehriban xanım Əliyeva 2006-cı ilin noyabrında İSESKO-nun xoşməramlı səfiri adını da almışdır.

Mehriban xanım Əliyeva 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən "İlin qadını" adına, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına la¬yiq görülmüşdür. Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində is¬lam Konfransı Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə isə 2008-ci ilin iyununda Mehriban xanım Əliyeva "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" diplomuna layiq görülmüşdür...

Heydər Əliyev Fondunun həyata keçirdiyi saysız-hesabsız möhtəşəm tədbirlərdən, bilavasitə bu işlərin təşəbbüskarı və rəhbəri rolunu ləyaqətlə daşıyan Mehriban xanım Əliyevanın yüksək estetik zövqündən, bu zövqün onun layihə və proqramlarında özünün poetik təsdiqi tapmasından, onda sərrast düşünmək və gəldiyi qənaəti əməl azadlığının möhtəşəmliyi ilə reallaşdırmaq qüdrəti olduğundan, azad ideal məramlarının fövqəlbəşər dəyərləri ehtiva edən vüsətlə həqiqətə çevrilməsindən çox danışmaq olar.

Amma düşündük buna o qədər də lüzum yoxdur. Onsuz da qədirbilən xalqımız kimin kim olduğunu yaxşı bilir. Odur ki, düşünüb-daşınmadan yazımızı sözü ilə işi, vədi ilə əməli həmişə həmahəng olan, üst-üstə düşən Meh¬riban xanımın özünün müdrik kəlamları ilə bitirməyi qərara aldıq:

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabmı yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!"


Elmira Həsənqızı

Mədəni-maarif.- 2009.- № 5/6.- S. 2-4