Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun veb-saytı açılmışdır


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun veb-saytı açılmışdır.

Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla, yüksək zövqlə hazırlanmış saytın ilk səhifəsində ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin rəngli fotosu yerləşdirilmiş, xüsusi bölümdə isə dahi şəxsiyyətin tərcümeyi-halı, siyasi portreti, aforizmləri, müsahibə və çıxışları, haqqında məşhur siyasi xadimlərin fikirləri toplanmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat yolu barədə verilmiş məlumatlar, onun çoxşaxəli fəaliyyəti, keçirdiyi görüşlər “Fondun Prezidenti” bölümündə geniş əks olunmuşdur.

Zəngin materialları olan Fondun yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlığı, fondun mükafatları, fəxri qonaqlar, kitabxana, video-qalereya, foto-albom bölmələri də maraqla oxunur, qurum barədə geniş təəssürat yaradır.

Uzunmüddətli gərgin əməyin səmərəli nəticəsi olan belə bir saytın açılması Fondun xaricdə yaşayan həmvətənlərimizlə, beynəlxalq qurumlarla, ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsinə də dəyərli töhfə olacaqdır.

Heydər Əliyev Fondundan verilən məlumata görə, saytın yaradılmasında Fondun əməkdaşları və yerli dizaynerlər iştirak etmiş, bu sahədə respublikamızda indiyədək formalaşmış müsbət təcrübədən istifadə olunmuşdur. www.heydar-aliyey-foundation.org ünvanında yerləşən veb-sayt Fondun bundan sonrakı fəaliyyəti barədə yenilikləri də mütəmadi izləməyə imkan yaradacaq, yeni məlumat və faktlarla daha da zənginləşəcəkdir.


Xalq qəzeti.- 2005.- 25 mart.- № 66.- S. 2.