Heydər Əliyev Fondu hesabına Biləsuvarda 3 məktəb binası tikilib
Hər üç məktəbdə inşaat işləri yüksək keyfiyyətlə görülmüşdür. Alüminium materialından hazırlanmış pəncərə və qapılar məktəb binalarına xüsusi yaraşıq verir. Taxta döşəməli, işıqlı sinif otaqları, bu günlərdə şagirdləri öz qoynuna alacaqdır.
Biləsuvar şəhər Nizami adına 1 saylı orta məktəb üçün binanı "Azərsənayetfkinti" Səhmdar Cəmiyyəti, Aranlı və Çinarlı kəndlərindəki məktəbləri isə "Bakıtunelmetrotikinti" idarəsi inşa etmişdir.
Azərbaycan.- 2005.- 4 sentyabr.- № 205.- S. 5.