Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Finlandiya Prezidentinin həyat yoldaşı Pentti Arayarvi Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə görüşmüşdür


Finlandiya Prezidentinin həyat yoldaşı Pentti Arayarvi sentyabrın 29-da Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşmüşdür.

Söhbət zamanı Mehriban Əliyeva qonağa Azərbaycanın qədim tarixindən, xalqımızın zəngin mədəni ənənələrindən danışdı.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən cənab Pentti Arayarvi Azərbaycan paytaxtına səfərinin ilk günü barədə təəssüratını bölüşdü.


Xalq qəzeti.- 2005.- 30 sentyabr.- № 227.- S. 4.