Yevlaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilmişdir
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Yevlax rayonunun Hacıselli kən-dində 200 yerlik, Həmərli kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə ve-rilmişdir.
Şəhər təhsil şöbəsinin müdiri Zərifə Məmmədova bildirmişdir ki, şəhərin 1 nömrəli və 6 nömrəli orta məktəblərində əlavə sinif otaqları, Yuxarı Qarxun kəndində 360 yerlik yeni məktəb binası inşa olunmuş, şəhər məktəblərində, Aran qəsəbə-sindəki 1 nömrəli orta məktəb və 1 nömrəli uşaq bağçası - körpələr evi əsaslı təmir edilmişdir.
Xalq qəzeti.- 2007.- 11 fevral.- № 30.- S. 6.