Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Türkiyə Prezidentinin xanımı Səmra Sezərin görüşü


Aprelin 4-də Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Türkiyə Prezidentinin xanımı Səmra Sezərin görüşü olmuşdur.

"Cakonda" restoranında nahar süfrəsi arxasında keçən görüşdə Mehriban Əliyeva dost ölkənin birinci xanımını Bakıda görməkdən çox şad olduğunu söylədi. Xanım Səmra Sezər Azərbaycanda olmasından və Mehriban xanımla bir daha görüşməsindən məmnunluq duyduğunu bildirdi. Səmimi söhbət zamanı vurğulandı ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir.


AzərTAc
2006, 4 aprel