Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən məktəb istifadəyə verilmişdir
Qobustan Rayon Təhsil Şöbəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq rayonun Poladlı kəndində inşa edilən məktəb binasının sentyabrın 15-də təntənəli açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edənlər bu xeyirxah qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, "Bilik günü" və yeni təhsil ocağı binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmişlər. Qeyd olunmuşdur ki, 14 sinif otağından, kitabxanadan ibarət geniş, yaraşıqlı binanı inşaatçılar yüksək keyfiyyətlə tikmişlər. Smeta dəyəri 675 milyon manat olan 200 yerlik məktəbdə fondun vəsaiti hesabına təzə avadanlıq da alınıb quraşdırılmışdır.
İlk dərs günü bu məktəbdə xoş əhval-ruhiyyə ilə keçmişdir.
Azərbaycan.- 2005.- 16 sentyabr.- № 215.- S. 3.