Heydər Əliyev Fondu kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil etmişdir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, ilaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunmuşdur. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilmiş, viktorina və müxtəlif oyunlar keçirilmişdir.
Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılmışdır.
Xalq qəzeti.- 2014.- 19 mart.- № 58.- S. 2.