Heydər Əliyev Fondunun vəsaiti ilə daha bir məktəb binası tikilib
AzərTAc-ın müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Goranboy rayonunun Qaramusalı kəndində 200 yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə bildirilmişdir ki, cari ildə rayon-da 4 məktəb binası tikilmiş, xeyli təhsil ocağı əsaslı təmir edilmişdir. Məktəblərin maddi-texniki bazası da möhkəmləndirilmişdir. Bütün bu nailiyyətlər dövlətin, Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirilmiş və hazırda bu sahədə işlərin uğurla davam etdirildiyi nəzərə çarpdırılmışdır.
Sonra müəllimlər, kənd ağsaqqalları, valideynlər çıxış edərək, məktəbin tikintisi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən qırmızı lent kəsilmiş və mərasim iştirakçıları yeni məktəblə tanış olmuşlar.
İki sahil.- 2005.- 20 dekabr.- № 246.- S. 1.