Heydər Əliyev Fondunun yeni nailiyyətləri
GORANBOY
2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rayonda Qaramusalı kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 200 şagird üçün nəzərdə tutulub), Kələk kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 200 yerlikdir) və Tar kənd orta məktəbi (məktəb binası birmərtəbəlidir, 120 yerlikdir) üçün yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hər bir məktəbin kitab-xanası və bufeti də var. Məktəblər yeni avadanlıqlarla təmin olunmuşdur.
2006-cı ildə isə Goranlı kənd (məktəb binası ikimərtəbəlidir, 240 yerlikdir) və Qaşaltı-Qaraqoyunlu kənd orta məktəbləri üçün (məktəb binası ikimərtəbəlidir, 240 yerlikdir) yeni binalar inşa olunmuşdur. Hər iki məktəbin akt və idman zalı, kitabxanası və bufeti, mərkəzləşdirilmiş istilik sistemi var. Məktəblər yeni inventar və avadanlıqla təchiz edilmiş, kompyuter sinfi yaradılmışdır. Qaşaltı-Qaraqoyunlu kənd orta məktəbində ulu öndərimizin büstü qoyulmuşdur.
ZAQATALA
Son illər respublikamızın demək olar ki, hər bölgəsində yeni məktəb binaları tikilir. Onların arasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən məktəblər özünün yaraşıqlı xarici görünüşü, müasirliyi ilə seçilir, göz oxşayır.
Zaqatala rayonunun mərkəzindən təqribən 30 kilo-metr aralıda yerləşən Qandax kəndində inşa edilən belə bir məktəbdə tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə təhsil şöbəsinin məsləhətçisi Aydın Camalovla hə-min kəndə yola düşdük. Yarımsaatlıq yolu qət edib Vasif Saatov adına Qandax kənd orta məktəbinə yetişdik. Hava küləkli olduğundan bəzi siniflərdəki odun sobaların-dan çıxan tüstü dəhlizdə gözlərimizi yaşardırdı. 1933-cü ildə tikilən və hazırda 308 şagirdin təhsil aldığı məktəbin binası onun ərazisində inşa olunmuş yeni məktəblə müqayisə edilməz dərəcədə təzadlı görünürdü.
Direktor Yeganə Hüseynovanın darısqal, lakin hər yanda qadın səliqəsi sezilən iş otağına daxil olduq. O bildirdi ki, məktəbdə tədris üçün şərait aşağı səviyyədə olsa da, pedaqoji kollektiv bütün imkanlardan istifadə edərək təlim-tərbiyə işlərini yüksəltməyə çalışır. Ötən il ali məktəbə sənəd verən 7 nəfər məzundan 4-ü tələbə adını qazanıb. Əvvəlki illərdə də bir çox məzunlarımız ali məktəblərə qəbul olublar.
Sonra Yeganə Hüseynova müəllim və şagirdlərin yeni məktəbin açılacağı günü səbirsizliklə gözləmələrindən, tədris şəraitinin təhsilin keyfiyyəti ilə bilavasitə bağlı olmasından söhbət açdı.
Hazırda inşa edilən məktəbdə qızğın iş gedir. Divarlara suvaq çəkilir, otaqların döşəmələri yeni materialın vurulması üçün hazırlanır, damda çalışanlar da gərgin işləyirlər.
İş icraçısı Hamlet Sultanov tikinti işlərinin gedişi barə-də məlumat verdi:
— Hazırda tamamlama işləri ilə məşğuluq. Bu gün sinif otaqlarının döşəməsinə beton tökürük. Betonun üzərinə başqa materiallar, daha doğrusu, preslənmiş taxta materialı qoyulduqdan sonra xüsusi, taxtanı əvəz edəcək laminar döşənəcəkdir ki, bu da rütubətli ərazilər üçün əvəzolunmaz material sayılır. Binanın damı örtülmək üzrədir. İşıq xətləri artıq çəkilmişdir. Yeni transformator qoyulub. İstilik xətləri də hazırdır. Dizel yanacağı ilə işləyəcək qazanxana binası da tikilib. İstilik xətləri təzyiq altın-da sınaqdan çıxarılıb. Almaniya və Türkiyə istehsalı olan istilik xətləri qış vaxtı gün ərzində sinif otaqlarında normal istiliyi saxlamağa imkan verəcəkdir. Plastik materiallardan hazırlanmış və kip yerləşdirilmiş qapı və pəncərələr də otaqlarda normal temperaturu saxlamağa zəmin yaradır. Bir sözlə, işlərimiz yaxşı gedir. Düzdür, havaların şaxtalı keçməsi işlərimizə bir qədər mane olur. Bununla belə, iş qrafikinə əməl edirik. Burada çalışan 30-dan çox bənna, suvaqçı və fəhlənin demək olar ki, hamısı kəndin sakinləridir. Hər biri ən xoş sözlərə layiqdir. Suvaqçılardan İlqar və Səbuhi Bayramov qardaşları, bənna Vidadi Süleymanov, fəhlələrdən Qəflən Mustafayev, Aydın Çobanov və başqaları səylə çalışırlar. Tikinti şirkətinin maliyyə meneceri Firqut Hacıyev isə tikintini vaxtlı-vaxtında lazımi materiallarla təmin edir. Onu da qeyd etmək istərdim ki, kəndin adamları, məktəbin şagirdləri də bizə ərazidə təmizlik işlərində iməcilik şəklində köməklik göstərirlər. İşlərin gedişi deməyə əsas verir ki, yaxın vaxtlarda məktəbin tikintisi başa çatacaq, şagirdlər yeni dərs ilini yeni məktəbdə qarşılayacaqlar.
İş icraçısı ilə birlikdə otaqlara baxdıq. 240 şagird yeri olan məktəbin müəllimlər, kompyuter, sinif otaqlarına, bir də direktorun kabinetinə baxdıqca gözümüzün önündə yenicə ayrıldığımız köhnə məktəbin müasir tələblərdən çox-çox uzaq olan sinif otaqları, bir də direktorun darısqal kabineti canlandı. Bir anlığa düşündük: az vaxtdan sonra 74 yaşlı Qandax kənd orta məktəbinin yeni dövrü başlayacaq.
KÜRDƏMİR
Son üç ildə rayonun kəndlərində 11 məktəb binası və 145 sinif otağı tikilərək məktəblilərin və pedaqoji kollektivlərin istifadəsinə verilmiş, 3000 şagirdin bir növbədə təhsil alması üçün real şərait yaradılmışdır.
"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində son iki ildə Karrar kəndində 240 yerlik, Beyi kəndində 200 yerlik, Sovla kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmiş, bu məktəblər hər cür avadanlıq və tədris ləvazimatları ilə təchiz edilmişdir. Tədris şəraitinin yaxşılaşdırılması məktəblərdə aparılan təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Karrar kənd orta məktəbində inşa edilən məktəb bina-sının istifadəyə verilmə mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etmişdir.
Yeni məktəb binalarının tikilməsi rayon ictimaiyyətinin, pedaqoji və şagird kollektivlərinin sonsuz razılıq his-si ilə qarşılanmışdır.
TOVUZ
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkədə ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması nəzərdə tutulub. Həmin Proqrama əsasən rayonun Kirən kəndin-də 260, Azaflı kəndində 360, Çobansıxnaq kəndində 264 və Aşağı Ayıblı kəndində 1176 yerlik yeni məktəb binalarının tikintisi, 5 məktəbdə 100 şagird yerlik 5 əlavə sinif otağının inşası, 6 məktəbdə isə əsaslı təmir işlərinin aparılması və onların avadanlıqlarla təmin olunması nə-zərdə tutulub.
Həmin Proqrama əsasən Kirən kəndində 260 yerlik yeni məktəb binası, Sarıtala kənd orta məktəbində isə 100 yerlik 5 əlavə sinif otağı tikilib, inventar və avadanlıqlarla təchiz olunub. Vahidli kəndində 40 yerlik 2 əlavə sinif otağı tikilib istifadəyə verilib. Hacıhəsənli kənd orta məktəbi üçün 20 yerlik 1 əlavə sinif otağının, Baqqallı kənd orta məktəbi üçün 40 yerlik 2 əlavə sinif otağının tikintisi də nəzərdə tutulub.
Bu məktəb binalarının tikilməsi üçün yerlər seçilib, müvafiq təşkilatlar tərəfindən bütün sənədləşmə işləri aparılıb. Yaxın vaxtlarda həmin məktəblərdə tikinti işləri-nə başlanacaq.
Dövlət Proqramından əlavə, bir çox hami təşkilatlar məktəblərin təmiri və tikintisində yaxından iştirak ediblər.
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Alakol, Əsrik Cırdaxan kəndlərinin hər birində 200, Cəlilli kəndində 240 şagirdlik məktəb binaları inşa olunub. Həmin Proqramın ikinci mərhələsinə uyğun olaraq Düz Qırıqlı, Aşağı Öysüzlü və İsakənd kəndlərinin hər birində 240 yerlik məktəb binalarının tikintisi üçün bütün sənədləşmə işləri aparılıb. Yaxın vaxtlarda bu məktəblərdə də tikinti işlərinə başlanacaq.
Azərbaycan Respublikası Regionlarının Bərpa Agentliyi tərəfindən Ağdam, Əlibəyli, Ağbulaq kənd orta məktəbləri əsaslı təmir olunub, inventar və avadanlıqlarla təmin edilib.
N.Tusi adına şəhər, Papaqçılar, Hacılar kənd orta məktəblərinin hər birində 5 sinif otağı Alman Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən əsaslı təmir olunub, inventar və avadanlıqlarla təchiz edilib. S.Kazımov adına Qovlar qəsəbə, Y.Sadıqov adına Bozalqanlı kənd orta, X.Cəfərov adına Qazqulu kənd əsas məktəblərində isə əsaslı təmir işləri aparılıb.
BP və Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən R.İsmayılov adına Düz Cırdaxan kənd orta məktəbində 3, A.Qasımov adına şəhər orta məktəbində 2 əlavə sinif otağı əsaslı təmir edilib.
Rayon icra hakimiyyətinin xətti ilə F.Qasımov adına Xatınlı, C.Sadıqov adına Qədirli, F.Hüseynov adına Qaraxanlı, M.Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəblərində əsaslı təmir işləri görülüb.
Rayon təhsil şöbəsinin vəsaiti hesabına M.Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəbi üçün 180 şagirdlik 9 əlavə sinif otağı tikilib, M.Məmmədov adına Yuxarı Öysüzlü, E.Bayramov adına Aşağı Ayıblı kənd orta, M.Məmmədov adına Qovlar qəsəbə və Qovlar qəsəbə 3 №-li orta məktəbləri əsaslı təmir edilib.
10 mart 2006-cı il tarixdə təhsil naziri cənab Misir Mərdanovla Tovuz Rayon İcra Hakimiyyətinin başçısı "Tovuz rayonunda Təhsilin İnkişafı Proqramı (2006-2010-cu illər)"nı imzalayıblar. Həmin Proqrama əsasən rayonun 8 məktəbində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılıb. 2006-cı ildə bu Proqrama uyğun olaraq M.Ələkbərov adına şəhər orta məktəbi əsaslı təmir edilib, inventar və avadanlıqlarla təchiz olunmuşdur.
SABİRABAD
Kürkəndi kəndində 150 yerlik yeni məktəb binası tikilib. Son tamamlama işləri görülür. Qalaqayın kənd orta məktəbində "AZKİL" adlı xarici təşkilatın layihəsi əsasında 5 sinif və yardımçı otaq, akt zalı tikilib istifadəyə verilmişdir.
Ötən dərs ilində Heydər Əliyev Fondunun vəsaiti ilə Axtaçı-Muğan kəndində 14 sinif otağı, Həşimxanlı kən-dində isə 7 sinif otağı olan müasir üslubda məktəb bina-ları inşa olunub.
Hər iki kəndin müəllim və şagirdləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, təhsilin inkişafına göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirmiş, gördüyü xeyirxah işlərdə ona uğurlar diləmişlər.
ZƏRDAB
Rayonda son 3 il ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 məktəb binası inşa edilib istifadəyə verilmişdir.
2005-ci ildə rayonun Körpükənd kəndində 100 yerlik əsas, 2006-cı ildə isə Dəkkəoba kəndində 180 yerlik orta məktəb binası tikilmişdir.
Dəkkəoba kəndindəki orta məktəb binasının açılışın-da (2006-cı il iyunun 30-da) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişlər.
Azərbaycan müəllimi.- 2007.- 8 mart.- № 9.- S. 1.