Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan minifutbol yığmasının qələbəsi münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

https://azertag.az/xeber/birinci_vitse_prezident_mehriban_aliyeva_azerbaycan_minifutbol_yigmasini_tebrik_edib-3589851

AZƏRTAC
2025, 2 iyun