Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyunun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram hesabında paylaşım edilib.

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə paylaşımda bildirilib.

 AZƏRTAC
2026, 5 iyun