Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu uşaqları sevindirdi

Dünən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün növbəti şənlik təşkil edilib.

Uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorların işti¬rakı ilə müxtəlif proqramlar, əyləncələr təqdim olunub. Uşaqlar müxtəlif rəqslər ifa edib, öz məharətlərini göstəriblər.

Uşaq evlərinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar. Şənlik 1 saylı Uşaq Evinin 2 sakini – Əli Həmidov və Qənirə Zeynalova, 3 saylı Uşaq Evinin sakini Cihan İsimxanlının ad günlərinə təsadüf edib. Heydər Əli¬yev Fondunun təşkil etdiyi əyləncə bu gün həm ad gününü qeyd edən uşaq¬lar, həm də uşaq evlərinin digər sakin¬ləri üçün yaddaqalan xatirəyə çevrilib.

Şənliklə bağlı təəssüratlarını bö¬lüşən 1 nömrəli Uşaq Evində məs¬kunlaşan Aysu Namazova bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə çox gözəl şənlik təşkil olunub. O, Heydər Əliyev Fondu tərəfindən uşaqlara göstərilən mütəmadi qayğıya görə təşəkkürü ifadə edib. 

Sonda gözəl gündən xatirə olaraq hər bir uşağa Fondun hədiyyələri təq¬dim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fon¬dunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xü¬susi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanılması xüsusi yer tutur. Fond mütəmadi olaraq belə tədbirlər təşkil etməklə bu kateqoriyadan olan uşaqların hərtərəfli qayğı ilə əhatə edil¬məsinin vacibliyinə cəmiyyətin diqqəti¬ni bir daha yönəldir. 

Xalq qəzeti.-2023.-27 avqust.-№183.-S.5.