Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

AZƏRTAC
2021, 26 aprel