Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi saytı açılmışdır


Ümumdünya İnternet-veb məkanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai və xeyriyyəçilik fəaliyyətini əks etdirən yeni internet-sayt açılmışdır. Saytla www.mehriban-aliyeva.org, habelə www.first-lady.az -da tanış olmaq mümkündür.

Sayt yüksək texnoloji proqram təminatı və internet texnologiyaları mütəxəssisləri qrupu tərəfindən hazırlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, habelə onun şəxsi internet-saytlarını da həmin qrup yaratmışdır.

Qrupun rəhbəri, texnika elmləri namizədi Telman Məmmədov bildirmişdir ki, internet səhifəsi "Fəaliyyət" "Səfərlər" "Görüşlər" "Müsahibələr", "Çıxışlar" "Xeyriyyəçilik fəaliyyəti" "Ailə" və "Fotoalbom" bölmələrindən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış internet-sayta daxil olanlar həmin bölmələrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini əks etdirən maraqlı materiallarla, habelə Azərbaycanın birinci xanımının tərcümeyi-halı ilə tanış ola bilərlər.

Saytda Mehriban Əliyevanın ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği, idmanın, xüsusilə də Respublika Gimnastika Federasiyasının prezidenti kimi, gimnastikanın inkişafı sahəsində fəaliyyətinə həsr olunmuş məqalələr təqdim edilmişdir.

Saytın yaradıcılarının fikrincə, burada Heydər Əliyev Fonduna həsr olunmuş bölmə xüsusi yer tutur.

T. Məmmədov saytı hazırlayarkən lazımi informasiya təminatına görə Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyətinin Dostları Fonduna, Milli Olimpiya Komitəsinə, AzərTAc-ın rəhbərliyinə, "Respublika" qəzetinə, habelə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirmişdir.


AzərTAc
2004, 22 oktyabr