Çap etmək   ⁞     ⁞   Fond haqqında

Yeniləşən Azərbaycanın milli təhsili yeni məktəblərlə müasirləşir

Heydər Əliyev Fondunun çağırışı ilə son 20 ildə ölkədə kütləvi məktəb quruculuğu aparılıb

Sentyabrın 16-da Azərbaycanda yeni dərs ili başlanıb. Ümumtəhsil müəssisələri, peşə məktəbləri, kolleclər və universitetlər aktiv fəaliyyətə keçiblər. Əllərində çanta və gül dəstələri məktəbə üz tutan 1-cilər rəngarəng görüntülər yaradıblar. Yeni tədris ilində ümumtəhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Bu il ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə, ümumilik¬də, 513 min 698 şagird dərs alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sin-fində 44 min 233, X sinfində 35 min 757, XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

Paytaxtın məktəbəqədər tədris müəs¬sisələrinə 45 min 201 uşaq, ümumtəhsil müəssisələrinin hazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəs¬sisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə mək¬təbdənkənar müəssisədir.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” çağırışına ca¬vab olaraq 2004-cü ildən bəri ölkənin 4 min 500-dək məktəbinin 4 minə qədəri əsaslı təmir dilib, yenidən tikilib. Bunla¬rın 520-dən çox bilavasitə fondun layihəsi əsasında tikilib və yeniləşdirilib. Ötən dərs ilində ölkə məktəblilərinə daha 17 bina hə¬diyyə edən qurum Şamaxı rayonunun Göy¬lər kəndində istifadəyə verilən məktəblə tikdidiyi təhsil ocaqlarının sayını 500-ə çatdırmışdı.

Ənənəsinə sadiq qalan Heydər Əliyev Fondu builki Bilik Günündə Şamaxı rayo¬nunun Bağırlı kəndində 460 və Hacıqədir¬li kəndində 132 şagird yerlik məktəblərin təntənəli açılışını keçirdi. Xaçmaz rayonu¬nun İstisu qəsəbəsində və Ağstafa rayonu Zəlimxan kəndində də fondun yenidən tik¬dirdiyi məkətəb binaları istifadəyə verildi. Laçının Suş, Şərurun Təzəkənd, Füzulinin Aşağı Alıxanlı, Beyləqanın Kəbirli, Sabir-abad Qalaqayın, İmişlinin Yalavac, Zaqa¬talanın Muğan kənd orta məktəbləri də Ulu öndərin adını daşıyan fondun çağırı¬şına cavab olaraq yeniləşdirildikdən sonra bu dərs ilində qapılarını şagirdlərin üzünə açdı.

Azərbaycanda təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilə¬rinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişmə¬sinə hesablanıb. Yeni tədris ilində ölkədə 29 yeni məktəb istifadəyə verilib. Ümumi¬likdə, 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçiri¬lib, 670-dən artıq məktəb təmir edilib. Yeni məktəblər laboratoriya, təlim, tibb otaqları, kitabxana, yeməkxana, akt və idman zalla¬rı, açıq idman meydançası, zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laborato¬riyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəblərin həyətyanı ərazisində də abad¬lıq və yaşıllaşdırma işləri aparılıb, dekora¬tiv kol və ağaclar əkilib, müasir işıqlandır¬ma sistemləri quraşdırılıb.

Eləcə də işğaldan azad edilmiş ərazilər¬də Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Şuşa şəhərində 33 il¬dən sonra ilk məktəb zəngi çalınıb. Belə ki, buraya köçürülən ailələrin 113 övladı Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar. Yenidən qurulan məktəb 960 yerlik olmaqla, 5 bloklu və 3 mərtəbə¬lidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tu¬tulmaqla, 40 sinif otağından ibarətdir. Mək¬təbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Şagird¬lərin yaşayış yerlərindən məktəbə gətirilmə¬si üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. 

Naxçıvanda da yeni dərs ili böyük coşqu ilə başlanıb. Muxtar respublikada orta məktəblərdə 3 min 797 şagird 1-ci sin¬fə gedib. 3 min 171 uşaq məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Ümu¬milikdə isə 52 mindən artıq şagird təhsil alacaq.

Dünən ölkənin təhsil rəsmiləri şagird¬lərlə birgə ilk zəngə şahidlik ediblər. Elm və təhsil naziri Emin Əmrullayev Xoca¬lıda inşa olunan yeni məktəbin ilk dərs gününün açılışında iştirak edib. Nazir öz çıxışında məktəb kollektivini yeni dərs ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Şuşada illər sonra tədrisin bər¬pa olunmasını tarixi gün kimi dəyərləndi¬rib: “Azərbaycanın müasir təhsil tarixinin başlanmasının çox önəmli bir mərhələsi Şuşa şəhəri ilə bağlıdır. Məhz Şuşa işğal¬dan azad olunduqdan sonra şəhərdə təməli qoyulan ilk binalardan biri də bu məktəb idi. Bilirsiniz ki, müasir standartlara uyğun inşa edilən bu məktəbin tikintisi çox qısa zaman ərzində tamamlanaraq istifadəyə verilib. Mübaliğəsiz deyə bilərəm ki Şuşa, məktəbi Azərbaycanın təhsil sistemində, ən müasir və bizim arzu etdiyimiz məktəb¬lər səviyyəsindədir”.

Nazir cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblər¬dən də söz açıb: “Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışımız olacaq. Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kənd¬lərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüz¬lərlə ailəyə sevinc bəxş edir”.

Şuşa şəhər 1 nömrəli tam orta məktə¬bin direktoru Səbinə Gözəlova yeni təhsil ocağı barədə məlumat verərək bildirib ki, hər biri 2 olmaqla fizika, kimya, biologiya, texnologiya, informatika otaqları, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ib¬tidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zal¬ları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qa¬baqcıl standartlara uyğun təhsil alacaqlar. Direktor dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıya əməli işlə cavab verə¬cəklərini bildirib.

Bu il azad Şuşa məktəbinin 1-ci sinfin¬də 149 şagird təhsil alacaq.

***

Bakıdakı 276 saylı məktəbdə olan na¬zirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direkto¬ru Eşqi Bağırov bir sıra vacib məsələlərə toxunaraq deyib ki, şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacib amil¬dir. Bu istiqamətdə valideynlərin öhdəsinə mühüm vəzifə düşür: “Valideynlər daim məktəblə, müəllimlərlə ünsiyyətdə olma¬lıdırlar”.

Elm və təhsil nazirinin müavini İdris İsayev paytaxtın 53 nömrəli tam orta mək¬təbində keçirilən Bilik Günü tədbirində de¬yib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qay¬ğısı nəticəsində həyata keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasətinin uğurlu davamıdır. Nazir müavini bildirib ki, Heydər Əliyev Fon-dunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib. 

Qərb bölgəsinin ümumtəhsil müəs¬sisələrində 2024–2025-ci tədris ilinin ilk günü bayram edilib. Gəncə–Daşkəsən Re¬gional Təhsil İdarəsinin tabeliyində 192 tam, 46 ümumi, 13 ibtidai və 1 xüsusi mək¬təb fəaliyyət göstərir. Yeni dərs ilində bu təhsil müəssisələri üzrə 84 min 149 şagird təhsil alacaq. Ümumi müəllim sayı 8138 nəfərdir. Onlardan 183-ü 2024–2025-citədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə yeni təyinat alıblar. Təhsil infrastrukturunun yaxşılaşdırılma¬sı məqsədilə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi üzrə 38 məktəbdə cari təmir işləri aparılıb. 

Onu da bildirək ki, bir sıra qurumlar şa¬girdlərə kömək məqsədilə aksiyalar həyata keçiriblər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiy¬yəti ilə birlikdə işğaldan azad edilmiş əra¬zilərdə məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edib. “YAŞAT” Fondunun təşkilatçılığı, “Azər¬kontrakt” Açıq Səhmdar Cəmiyyətinin tərəfdaşlığı, “Nar”ın baş sponsorluğu ilə yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1–11-ci siniflərdə təhsil alan övladlarına illik dərs ləvazimatların¬dan ibarət hədiyyə qutuları çatdırılıb. Hə¬diyyə qutusuna çanta, termos, qələm qabı, dəftər-qələm, xəritə, rəsm albomu, rəngli boya və s. daxil edilib. Respublikanın bü¬tün ərazisi üzrə 792 şəhidin 1365 məktəbli övladına hədiyyə qutusu verilib.

***

İşğaldan azad olunan Xocalıda 32 il¬dən sonra ilk Bilik günü keçirilib. Bu mü¬nasibətlə təşkil olunan tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonların¬da Azərbaycan Prezidentinin xüsusi nü¬mayəndəsi Elçin Yusubov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regio¬nal Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər. Tədbir iştirakçıları Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesi ilə yaxından tanış olublar. Bildirilib ki, ikimərtəbəli məktəb binası 132 şagird yerlikdir. Məktəbin bir korpusu tədrisə aid¬dir, digər korpus idman zalı, akt zalı və ki¬tabxanadan ibarətdir. Məktəbdə kimya, bi¬ologiya, fizika, informatika, hərbi hazırlıq kabinələri, STEAM otağı yaradılıb. Təhsil ocağı bütün avadanlıqlarla təmin olunub.

Bilik Günü bir sıra rayonlarda yeni məktəb binası istifadəyə verilib. Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktə¬bin yeni binasının açılış mərasimi zamanı qonaqlar təhsil ocağında yaradılmış şə¬raitlə tanış olublar. Məktəbin yeni binası 130 şagird yerlikdir. 8 sinif otağından, 1 kitabxanadan, 1 müəllimlər otağından, 1 direktor otağından ibarət təhsil müəs¬sisəsinin həyətində yardımçı bina, qapalı mini idman meydançası inşa edilib. Mək¬təbin binası müasir elektrik, kombi istilik sistemləri, su anbarı və quyusu ilə təchiz edilib.

Yeni tədris ilində Heydər Əliyev Fon¬dunun dəstəyi ilə yeni inşa olunmuş mək¬təb binaları istifadəyə verilib. Bu mək¬təblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var. Heydər Əliyev Fondunun nü¬mayəndəsi Cəmil Əliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Oru¬cov, Qazax–Tovuz Regional Təhsil İdarə¬sinin müdiri Aslan Hacıyev çıxış edərək, ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açıblar. Həmçinin HeydərƏliyev Fondunun Azərbaycan təhsilinin inkişafında oynadığı roldan danışılıb, bu istiqamətdə həyata keçirilən önəmli la¬yihələrdən bəhs edilib. Burada 12 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və id¬man zalları, açıq idman meydançası var.

Sentyabrın 16-da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni bina¬sı əsaslı təmirdən sonra istifadəyə verilib. Muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və Şərur Rayon İcra Hakimiy¬yətinin başçısı Kamal Cəfərov kollektivlə görüşüblər. Görüşdə son dövrlərdə ölkədə təhsilə göstərilən dövlət qayğısından bəhs edilib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikləri kollektivə çatdırılıb. Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı məlumat verilib ki, 110 yerlik məktəb bi¬nasında əsaslı təmir işləri aparılıb, binanın dam örtüyü, qapı və pəncərələri dəyişdiri¬lib, suvaq və boyama işləri görülüb. Həm¬çinin STEAM otağında və fizika kimya laboratoriyasında elektron lövhə quraşdırı¬lıb, kompüter otağına yeni kompüter dəst¬ləri qoyulub, məktəbə kamera sistemləri quraşdırılıb, kitabxana əlavə ədəbiyyatlar¬la zənginləşdirilib. Məktəb üçün fərdi qa¬zanxana yaradılıb, binanın həyətində açıq idman qurğuları quraşdırılıb, həyətyanı sahədə abadlıq işləri aparılıb, yaşıllıq sahə¬si salınıb, işıqlandırma və suvarma sistem¬ləri yenilənib.

Xaçmaz rayonunun İstisu qəsəbəsində inşa olunan yeni məktəb binası istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbay¬cana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir.

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli tam orta məktəblərin, həmçinin Laçın rayonu¬nun Zabux və Sus kənd, Ağdərə rayonunun Talış kənd və Zəngilan rayonunun Ağa¬lı kənd tam orta məktəblərində də Bilik Günü təntənə ilə qeyd edilib.

Bakı Dövlət Universitetində Bilik Günü münasibətilə yaddaqalan mərasim keçirilib. Rektor Elçin Babayev qalib ölkəmiz və xalqımız üçün bu tədris ilinin əlamətdar olduğunu, Qarabağda, Şərqi Zəngəzurda yeni məktəblərin açıldığını, Qarabağ Universitetinin fəaliyyətə başla¬dığını bildirib. 

Azərbaycan Respublikasının Preziden¬ti yanında Dövlət İdarəçilik Akademiya¬sında Bilik Gününə yeni qəbul olunan tələ¬bələr və onların valideynlərinin ali təhsil ocağı ilə ilk tanışlıqdan başlanıb.

Onlara Akademiyanın Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi, tədris audito¬riyaları, tədqiqat mərkəzləri, elmi kitabxa¬nası barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Aqrar Universi¬tetində Bilik Günü münasibətilə keçirilən mərasimdə rektor Zəfər Qurbanov bildirib ki, universitetin bakalavr pilləsinə tələbə qəbulu cari ildə 97 faiz təşkil edib, 24 ixti¬sas üzrə plan yerləri 100 faiz dolub. 

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxışında vurğulayıb ki, dövlətin elmə, təhsilə qayğısı nəticəsində Aqrar Universitetin maddi-texniki bazası hər il daha da güclənir. Yeni qəbul olunan tələbələri təbrik edən nazir müavini onlara nəzəri biliklərə yiyələnməklə yanaşı, prak-tiki və elmi-tədqiqat işlərində də yaxından iştirak etməyi tövsiyə edib. 

Mərasimdə Gəncə Şəhər İcra Haki¬miyyəti başçısının birinci müavini Səməd Tomuyev və YAP Gəncə Şəhər Təşkilatı¬nın sədri Bayram Aslanov da çıxış edərək müəllim və tələbə kollektivinə təbriklərini çatdırıblar. Sonda yüksək bal toplayan bir qrup tələbəyə hədiyyələr və tələbə biletləri təqdim olunub. 

Rizvan Fikrətoğlu

Xalq qəzeti. - 2024.- 17 sentyabr. - № 202. - S. 9.