Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranlarını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr günü münasibətilə özünün "Instagram" səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!”.

AZƏRTAC
2020, 26 iyun