Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Millət vəkili birinci vitse-prezidentə təşəkkür etdi

Elmira Axundova: "Mehriban xanım bu işləri böyük yanğı və ürək ağrısı ilə görür"


Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva Fransada Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib. Noyabrın 14-də bu ölkə paytaxtı Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışı zamanı I vitse-prezident qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik:

"Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi - Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub, işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Bundan başqa M. Əliyeva diqqətə çatdırırb ki, Mirləşmiş Millətlər Təşkilatının(BMT) Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib:

"Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Birinci vitse- prezidentin məlum cəsarətli çıxışını yüksək dəyərləndirən millət vəkili, nasir, tərcüməçi Elmira Axundova "Sherg.az"-a bildirib ki, Mehriban xanımın gördüyü işlərə çox geniş rakursdan yanaşılmalıdır:

"Yada salmaq lazımdır ki, hələ 2015-ci ildən bu yana, yəni 3 ilə yaxındır ki, Mehriban xanım Əliyeva Avropa ölkələri və ya şəhərlərində - Paris, London və Brüsseldə bu xarakterli möhtəşəm aksiyalar həyata keçirir. "I Avropa Oyunları" və "İslam Həmrəylik Oyunları ərəfsində az qala bütün dünya , Avropanın böyük şəhərlərində Azərbaycanla bağlı təqdimatlar keçirildi, ölkəmizin mədiyyətinə dair geniş aksiyalar təşkil olundu. Mehriban xanım çox düzgün edir ki, böyük, dünyəvi auditoriya qarşısındakı bütün çıxışlarında ağrılı yerimiz olan Qarabağ problemimizi qabardır. Bu mənada düşünürəm ki, Mehriban xanım çox böyük iş görür. Mehriban xanım sərgi açmaqla, Azərbaycanı tanıtmaqla yanaşı, fürsəti fövtə verməyərək əsl siyasətçi kimi çox sanballı və dəyərli beynəlxalq auditoriya qarşısında Qarabağ problemimizdən və onun beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyindən söz açır. Beynəlxalq ictimiyyətin diqqətini bu problemə yönəldib, aidiyyatı təşkilatları münaqişənin həlli ilə məşğul olmağa səsləyir. bu, hazırda Avropa üçün də olduqca aktual məsələdir. 

Çünki Avropanın ürəyi sayılan İspaniyada separatizm baş qaldırıb və mənfi bəhrəsini verməkdədir. İnanıram ki, indi Avropa ölkələri və xalqları bizi daha yaxşı anlayacaqlar. Ona görə ki, Kataloniyada özləri separatizmlə rastlaşdılar və separatizmin mənfiliklərini dərk etdilər. Mehriban xanım bu həssaslığı və incə məqamı məharətlə sezdi və milli maraqlar üçün bundan yararlanmağa çalışdı. Doğrudan da əsl siyasətçi odur ki, hər bir fürsətdə Azərbaycanın ağrılı yeri olan Dağlıq Qarabağ barədə danışsın.

Dağlıq Qarabağ məsələsini bütün tribunalardan qabartmalıyıq. Mən də MDB parlamentlərarası assambleyanın iclaslarında və digər beynəlxalq görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən danışıram. 
Amma Mehriban xanımın auditoriyası isə daha geniş və yüksəkdir. Mehriban xanım sağ olsun ki, bu işləri böyük yanğı və ürək ağırısı ilə görür. O , bu tədbirləri mədəniyyətimizin səlahiyyətli nümayəndəsi, eyni zamanda Azərbaycanın birinci vitse-prezidenti və tanınmış siyasətçi kimi həyata keçirir. Bu mənada Mehriban xanım Əliyevanı alqışlayıram və onun məlum təşəbüsünü yüksək dəyərləndirirəm".


Ayyət Əhməd

Şərq. - 2017.- 16 noyabr. - № 209. - S. 4.