Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Fəaliyyəti

Mehriban Əliyeva qızıl medal ilə təltif edilib

Azərbaycanın Birinci vtse-prezidenti Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafında xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib. Mükafat Azərbaycanın paytaxtında keçirilən “İnkluzuv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu çərçivəsində təqdim olunub.

Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib. Azərbaycan uzun əsrlər boyu müxtəlif din və xalqların nümayəndələrinin dinc birgəyaşayışının məkanı olub. Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva qeyd edib: “Hörmətli cənab Prezident, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, xanımlar və cənablar, əziz qonaqlar və əziz dostlar! İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qızıl medalla mükafatlandırıldığıma görə dərin minnətdarlığımı bildirmək istərdim. Mənim üçün yüksək universal dəyərləri və humanizm, qarşılıqlı anlaşma və sülh ideyalarını təşviq edən bu Mərkəzdən mükafat almaq böyük şərəfdir”.

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, multikulturalizm və müxtəliflilik ənənəsi ölkənin ən böyük dəyərlərindən biridir: "Biz ənənələrimizi qoruyuruq və bütün dünyaya açığıq. Bu gün biz müasir Azərbaycan haqqında, müstəqilliyin bərpasından sonra Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışdıq. Mən öz həyatını Vətənimizin inkişafına və çiçəklənməsinə həsr edən, mənim üçün, eləcə də xalqımız üçün parlaq nümunə olan Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirmək istərdim. Təşəkkür edirəm, cənab Prezident və fəxr edirəm ki, Sizin komandanızın bir hissəsiyəm”.

Mehriban Əliyeva qeyd edib ki, təltif olunduğu bu mükafatı Heydər Əliyev Fondunun fəaliyyətinin tanınması kimi qəbul edir: “14 il müddətində mənimlə bərabər işləmiş və bütün ideyalarımızı, təhsil, elm, mədəniyyət və sosial sahələrdə bütün layihələrimizi həyata keçirməyə kömək etmiş hər kəsə təşəkkürümü bildirirəm.

Sonda mən bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin böyük səylərini xatırlamaq istərdim. Sizin fəaliyyətiniz sayəsində Mərkəz beynəlxalq platformaya çevrilib. Cənab Serageldin, Sizin təcrübəniz, Sizin bilikləriniz gənc nəsli dünyaya daha açıq olmaq və öz üfüqlərini genişləndirmək üçün təhsil və elmin dəyərlərindən istifadə etməyə ruhlandırıb. Xanım Vayra Vike-Freyberqa, Siz bütün dünyada bir çoxları üçün parlaq nümunəsiniz. Biz Azərbaycanda Sizin fəaliyyətinizi, ölkələr və xalqlar arasında dialoqun qurulması üzrə səylərinizi, həmçinin Azərbaycanın məşhur şairi Nizami Gəncəvinin irsinin təbliğinə verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əziz xanım Vayra Vike-Freyberqa, Sizə təşəkkür edirəm. Siz çox füsunkar qadınsınız.

Sonda bütün qonaqlarımızı salamlamaq istərdim – Azərbaycana xoş gəlmisiniz! Ümid edirəm ki, bizim gözəl paytaxtımızın qonaqpərvər və dostluq ab-havasını bəyənəcəksiniz. Təşəkkürlər, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, təşəkkürlər , Azərbaycan!”

Həftə içi.-2018.-16 mart.-№ 50.-S.3.